

Bir hərbçi ölüb, ikisi yaralanıb.
Gununsesi.info NTV-yə istinadən xəbər verir ki, bunu açıqlamasında Türkiyənin daxili işlər naziri Afkan Ala deyib.
Onun sözlərinə görə, bu gün Artvin vilayətində ana müxalifət partiyası olan CHP lideri Kamal Kılıcdaroğluna silahlı basqını PKK terrorçu təşkilatının üzvləri törədib. “Hazırda terrorçuların zərərsizlədirilməsi və saxlanması istiqamətində əməliyyat həyata keçirilir. Heç şübhəm yoxdur ki, onlar tapılacaq və layiqli cəzalarını alacaqlar. Biz müxalifət liderinə olan hücumları hamımıza və ölkəmizə olan hücum kimi dəyərləndiririk”- deyə, nazir bildirib.
Nazir onu da deyib ki, müxalifət liderinə silahl basqın zamanı təhlükəsizlik qüvvəsinin bir əməkdaşı həlak olub, iki nəfər isə yaralanıb.
Gununsesi.info