Nazir Niderlandın ölkəmizdəki səfirini qəbul edib

  • By admin
  • 14 Oktyabr 2016 14:51

mikayil

Təhsil naziri Mikayıl Cabbarov Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Onno Kerversi qəbul edib.

Gununsesi.info Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub.

Anar

Gununsesi.info