Nazir Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrini qəbul edib

  • By admin
  • 12 Avqust 2016 16:10

izrail

 

 

Təl-Əvivdə İsrailin müdafiə naziri Aviqdor Liberman Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibini və baş katibin müavinini qəbul edib.

Gununsesi.info xəbər verir ki, görüşdə nazir A.Libermana Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, onun fəaliyyəti və mərkəzin təçkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumları barədə geniş məlumat verilib. Bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq düşüncə mərkəzinə, vahid siyasi platformaya  çevrilib və burada aparılan müzakirələr region dövlətləri üçün çox vacibdir.

Liberman Azərbaycan və İsrail dövləti arasındakı dostluq münasibətlərindən, Azərbaycanda yaşayan yəhudi icmasına göstərilən yüksək diqqət və qayğıdan söz açıb.

Sonda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri nazir Aviqador Libermanı gələn il Bakı şəhərində keçirilməsi nəzərdə tutulan V Qlobal Bakı Forumuna dəvət edib.

Qeyd edək ki, 2016-cı ilin may ayında İsrailin müdafiə naziri təyin olunan Aviqdor Liberman daha öncə İsrailin Milli İnfrastruktur naziri, Nəqliyyat naziri, Xarici İşlər naziri və Baş nazirin müavini vəzifələrində çalışıb.

Anar

Gununsesi.info