Nazir: Növbəti tədris ilində süni intellektlə bağlı tədbirlər genişləndiriləcək

  • Müəllif: Şəbnəm
  • 14 Sentyabr 2026 16:07

Növbəti tədris ilində süni intellektlə bağlı tədbirlər genişləndiriləcək.

Gununsesi.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, müəllimin süni intellekt alətlərindən istifadə bacarığı vacibdir:

“Müəllim bu alətdən düzgün və səmərəli istifadə edirsə, bu, müsbət haldır. Növbəti tədris ilində süni intellektlə bağlı tədbirlər genişləndiriləcək”. (report)