Qazaxıstan yığmasının azərbaycanlı ağırlıqqaldıranı, olimpiya çempionu Nicat Rəhimova vəzifə verilib.
Gununsesi.info unikal.org-a istinadən məlumat verir ki, un məlumatına görə, olimpiya çempionu noyabrın birindən etibarən Qazaxıstan Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Bu barədə idmançının atası Əli Rəhimov məlumat verib:
“Nicata Qazaxıstan daxili işlər naziri tərəfindən polis rütbəsi və Daxili İşlər Nazirliyinin vəsiqəsi təqdim olunub. Onu təbrik edirəm, uğurlar arzu edirəm”.
Qeyd edək ki, N.Rəhimov 2010-cü ildə Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan adına qələbə qazanıb. O, 2014-cü ildə ölkəsində qədri bilinmədiyi üçün Qazaxstan vətəndaşlığını qəbul edərək bu ölkənin bayrağı altında çıxış etməyə başlayıb.
Gununsesi.info