Nazir onu qınaq obyektinə çevirənləri cəzalandıracaqmı? -Foto

  • By admin
  • 09 Yanvar 2022 14:07

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Olimpiya idman növləri üzrə federasiyaların rəhbər şəxsləri və milli komanda məşqçilərinin ümumi yığıncağı keçirilib.
GUNUNSESİ.İNFO-nun xəbərinə görə, tədbirdə nazirin əyləşdiyi səhnədə arxa fonda böyük monitorda yazılmış mətndəki hərf səhvi tədbir iştirakçılarının diqqətindən yayınmayıb.
Belə ki, nazir çıxış edərkən monitorda “Tokio 2020 hazırlıq prosesinin və nəticələrin təhlili” sözündə “nəticiləri” yazılıb.
Bunu sosial şəbəkələrdə paylaşan bəzi şəxslər isə nazir Fərid Qayıbovu günahlandırıb.

Gununsesi.info