Nazir özünə yeni köməkçi TƏYİN ETDİ

  • By admin
  • 23 Aprel 2018 12:16
Energetika naziri Pərviz Şahbazov Rauf Zeynal oğlu Rzayevi özünə yeni köməkçi təyin edib.
Gununsesi.info report-a istinadən xəbər verir ki, o, bundan əvvəl Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin investisiyalar və layihələrin idarə olunması şöbəsinin müdiri olub.
Qeyd edək ki, Energetika Nazirliyində aparılmış struktur islahatları nəticəsində nazirin müşaviri vəzifəsi ləğv edilərək nazirin köməkçisi vəzifəsi ilə əvəz edilib. İndiyə qədər müşavir olan “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin keçmiş direktor müavini Zaur Məmmədov nazirliyin aparat rəhbəri təyin olunub.
Gununsesi.info