Nazir pensiya yaşının azaldılması təklifinə “YOX” dedi

“Pensiya yaşı ilə bağlı müəyyən yanlış rəqəmlər səsləndirilir. Bu gün 60%-dən çox vətəndaş 65 yaşına çataraq pensiya alır. Eyni zamanda 40% sosial müavinət alan şəxslər var”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

HTML tutorial

“Bu gün pensiyaya çıxanların 68%-i 12 ildən çox pensiya alır. Bizdə pensiya yaşı 65 olsa da, edilmiş güzəştlər nəticəsində pensiya alanların orta yaşı 60-61-dir. Ona görə də bunu nəzərə almaq lazımdır”, – deyə nazir deputatların təkliflərinə münasibət bildirib.

Qeyd edək ki, bəzi deputatlar pensiya yaşının azaldılmasını təklif ediblər.

Gununsesi.info