
Bakıda polis bölməsinin rəisi işdən çıxarılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Məhəmməd Əhmədbəyli vəzifəsindən azad olunub.
Digər əmrlə o, Suraxanı Rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.