
Bu gün müdafiə sənayesi naziri Yavər Camalov “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinə qatılan Çinin “Poly Technologies” şirkətinin vitse-prezidenti Dai Ninqin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.
Gununsesi.info qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dai Ninq “ADEX-2016” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğulayıb.
Anar
Gununsesi.info










