Nazir: “Prioritetlərimizdən biri Azərbaycan mədəniyyətinin xaricdə tanıdılmasıdır”

  • By admin
  • 21 Dekabr 2021 11:26

“Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev həm də uğurlu inkişaf siyasətinin rəhbəri olub. Onun uzaqgörən siyasəti nəticəsində
30 il ərzində Azərbaycan iqtisadi baxımdan öndə gedən ölkələrdən olub”.

Gununsesi.info-nun xəbərinə görə, bunu mədəniyyət naziri Anar Kərimov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.

HTML tutorial

Nazir Ulu Öndər Heydər Əliyevin musiqinin, mədəniyyətin inkişafındakı rolundan danışıb: “Biz artıq ərazilərini, qürurunu bərpa etmiş Azərbaycanıq. Burada mədəniyyət də önəmlidir. Biz mədəniyyəti inkişaf etdirməklə həm də güclü müstəqil Azərbaycanı qururuq.

Yeni strategiya həm mədəniyyət sahəsinə yeni baxışdır. Niyyətimiz əcdadlardan qalan mirası gələcək nəsillərə ötürməkdir. Mədəniyyəti müstəqilliyimizin təzahürü kimi inkişaf etdirməkdir. Həmçinin mədəniyyətin iqtisadiyyatın inkişafına təkan verməsinə nail olmaqdır. Bütün strategiyanın əsası kimi cəmiyyətin inkişafında mədəniyyətin rolunu artırmaqdır”.

“2030-cu il üçün prioritet məsələlərdə də mədəniyyət yer alıb. Digər prioritetlərimizdən biri də Azərbaycan mədəniyyətinin xaricdə tanıdılmasıdır”, – Anar Kərimov vurğulayıb.