Nazir pullu qəbul keçirir – QİYMƏTLƏR

  • By admin
  • 06 Mart 2017 15:21

fazil_m%c9%99mm%c9%99dov

Mart ayının 7-də vergilər naziri Fazil Məmmədov ilə işgüzar görüş  keçiriləcək.

Gununsesi.info-nun Fins.az-a istinadən verdiyi xəbərə görə, görüş saat 10:00-da Bulvar Hotelin Tağıyev zalında baş tutacaq. Tədbir saat 10:30-dan 13:00-dək davam edəcək.

İştirak etmək istəyənlərin nəzərinə: iştirakı təsdiq etmək üçün bu gün son gündür. Sualları yazılı şəkildə pr@atib.az ünvanına yollamaq lazmdır. Hər bir iştirakçı istədiyi sualı verə və nazirdən rəsmi cavab ala bilər.

Qeyd edək ki, tədbirdə iştirak pulludur. Qiymət isə fərqlidir.  Azərbaycan-Türkiyə İş  Adamları Birliyi

(ATİB) üzvləri görüş üşün  70 manat, qonaqlar isə 100 manat ödəməlidirlər.

Gununsesi.info