Yaxın vaxtlarda Qars-İqdır-Naxçıvan dəmiryol layihəsinin tikintisinə start veriləcək.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizşilik və kommunikasiya naziri Əhmət Arslan Qarsda deyib.
Onun sözlərinə görə, Bakı-Tiflis-Qars dəmiryol xətti başa çatandan sonra, Ankara dəmiryol xəttinin şaxələndirilməsi və ölkənin şərq bölgəsinin iqtisadi inkiaşfına nail olmaq üçün bu dəmiryol xəttini yenidən Türkiyənin cənub-şərq istiqamətində Azərbaycanla, daha doğrusu, Naxçıvanla birləşdirmək niyyətindədir.
“Biz bununla da Türkiyə dəmiryol xəttini Naxçıvan-İran dəmir yol xəttinə birləşdirmək istəyirik. Bu yolla Pakistan və Hindistan çıxış əldə edəcəyik”- deyə, nazir vurğulayıb.
“Bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Pakistanda İslam Əməkdşalıq Təşkilatının 13-cü sammitinə səfəri zamanı müşaiyət edirdim. Orada iştirak edən 10 ölkəli deri ilə görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Bakı-Tiflis-Qars dəmiryol layihəsinin davamı olaraq, Qars-İqdır-Naxçıvan layihəsini reallaşdırmaq niyyətindədir. Və bu layihəyə yaxın vaxtlarda start veriləcək”- deyə, nazir Ə. Arslan vurğulayıb.
Nazir əlavə edib ki, adıçəkilən layihələrin reallaşamsı nəticəsində bu ərazilərdən yüklər Avropaya və əksinə daşınacaq:
“Bu da öz növbəsində bölgədə layihələrin həyata keçirilməsi üçün investisiyaların cəlb olunmasına şərait yaradacaq. Məhz bu məqsədlə Qarsda böyük bir logistik mərkəz tikiləcək.
Mürtəza
Gununsesi.info