Nazir “qıtlıq”dan gileyləndi: "Hazırda otellərdə yerlərin məhdudluğu ilə rastlaşırıq"

  • By admin
  • 15 Sentyabr 2016 12:28

abulfes

“Bu il Azərbaycana gələn turistlərin sayında kifayət qədər artım müşahidə olunub”. 

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, viza rejiminin sadələşdirilməsi, qonaqpərvərlik sahəsində aparılan iş müsbət nəticəsini verməkdədir:

Hazırda biz otellərdə yerlərin məhdudluğu ilə rastlaşırıq. Azərbaycana gələn insanlar otellərdə çox vaxt yer tapa bilmirlər. Bu, stimuldur. Növbəti mərhələdə yeni otellərin tikilməsi nəzərdə tutulur”.

Gununsesi.info