Nazir rəisi işdən çıxardı

  • By admin
  • 17 Sentyabr 2022 21:50

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Gununsesi.info Gundem.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Daşkəsən rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi, polis mayoru Qurbanov Vüsal Rəcəb oğlu vəzifəsindən azad edilərək həmin şöbənin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.

Gununsesi.info