Nazir səfiri qəbul edib – FOTO

  • By admin
  • 17 Noyabr 2016 21:05

1479393654img_8305

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Moldovanın Azərbaycandakı səfiri George Leuçanı qəbul edib.

Gununsesi.info xəbər verir ki, görüşdə Azərbaycan-Moldova Respublikaları arasında turizm və mədəniyyət sahələrində həyata keçirilən layihələrdən və gələcəkdə nəzərdə tutulmuş birgə tədbirlərdən söhbət açılıb.

Nazir turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində işlər görülməsini, eləcə də Moldova turizm şirkətləri ilə yerli turizm şirkətləri arasında görüşlərin keçirilməsini təklif edib.

Səfir George Leuça səmimi qəbula görə təşəkkürünü bildirib və iki ölkənin bu sahələrdə gələcəkdə daha da geniş birgə fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.

 

Gununsesi.info