Müdafiə naziri özü şəxsən qəzaya uğrayan təyyarənin axtarışında iştirak edir Gununsesi. info xarici mətbuata istinadən xəbər vrir ki, Hindistan müdafiə naziri Manohar Parrikar ölkənin Hərbi-Hava Qüvvələrinə məxsus Benqal körfəzində itkin düşən An-32 təyyarəsinin axtarışında şəxsən özü iştirak edir. Nazir axtarışda şəxsən özü iştirak etsə də, nəticə yoxdur. Təyyarə iyulun 21-də radarlardan itib.
Belə ki, An-32 təyyarəsi Hindistanın Tamiland şatatındakı Çennai şəhərindən Cənub Andaman adasındakı Port-Bleyer uçuş həyata keçirirmiş. Təyyarənin bortunda 29 sərnişin olub. Onlardan 6-sı təyyarənin ekipajı, qalanları hərbçi, mülki şəxslər və onların ailələri olub.
Gununsesi.info