Nazir sabiq rəisin oğluna vəzifə verdi

Fövqəladə Hallar Nazirliyində nazir, general-polkovnik Kəmaləddin Heydərov mərhum hüquqşünas, sabiq polis rəisi İsaxan Aşurovun oğluna yeni vəzifə verib.

“Qaynarinfo”nun məlumatına görə, nazirin müvafiq əmri ilə mayor Kənan İsaxan oğlu Aşurov Bakı Regional Mərkəzi rəisinin birinci müavini vəzifəsindən azad olunaraq, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzi rəisi təyin olunub.

HTML tutorial

Qeyd edək ki, Gəncə Regional Mərkəzi rəisi polkovnik Asif Eltufat oğlu Məmmədli FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin 1-ci müavini – qərargah rəisi təyin edilib.

Gununsesi.info