Nazir Samir Şərifov büdcə təşkilatlarına ÇAĞIRIŞ ETDİ

  • By admin
  • 26 Yanvar 2021 15:37

“Büdcə xərclərinin daha səmərəli, qənaətli və məqsədyönlü istifadəsinin təmin edilməsi izafi xərclərin qarşısının alınmasında ən önəmli amillər sırasındadır”.

Gununsesi.org-un məlumatına görə, bunu Nazirlər Kabinetinin 2021-ci il prioritetlərinə həsr olunan iclasında Maliyyə naziri Samir Şərifov deyib.

“Prezident İlham Əliyevin tapşırığı rəhbər tutularaq, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar uzun müddət üçün istifadəyə hesablanan əsas vəsaitlərin alışları, həmçinin bir sıra cari xərclər üzrə (ezamiyyət, dəftərxana, təsərrüfat, nəqliyyat vasitələri xidmətləri xərcləri) könüllü olaraq qənaət rejimi tətbiq edilməklə həm proqnozlaşdırılma, həm də icra zamanı lüzumsuz xərclərdən imtina etməlidirlər”, – deyə nazir çıxışında bildirib.

Gununsesi.org