Nazir şöbə rəisini və üç vəzifəli şəxsi işdən çıxardı

  • By admin
  • 21 May 2020 16:29

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişikliyi olub.

Gununsesi.orgun məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Əmrə əsasən, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin rəisi Arif Tahirov və şöbənin üç əməkdaşı işdən çıxarılıb.

Onlar işlərində yol verdikləri nöqsanlara görə işdən azad olunublar.

Gununsesi.org