Nazir Trampın Zelenskiyə təzyiqindən danışdı

ABŞ Prezidenti Donald Trampın telefon danışığı zamanı ukraynalı həmkarı Vladimir Zelenskiyə təzyiq etməsi barədə yayılan məlumatlar spekulyasiyadır.

Gununsesi.org xəbər verir ki, bu sözləri ABŞ Maliyyə naziri Stiven Mnuçin deyib.

“Prezidentin əcnəbi dövlət rəhbərinə təzyiq etməsi ilə bağlı məlumata malik deyiləm. Hesab edirəm ki, bu, bir nəfərin uydurduğu spekulyasiyadır”, – deyə nazir bildirib.

Qeyd edək ki, iddiaya görə, Tramp telefon söhbəti zamanı ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden və oğlu Hanter Baydenin Ukraynadakı fəaliyyətlərinin araşdırılması ilə bağlı Zelenskiyə təzyiq göstərib.

Bayden ailəsininin ukraynalı oliqarxlarla gizli əməkdaşlıq etdiyi deyilir.

Gununsesi.org