

Türk ordusu Suriyada nə qədər lazımsa, o qədər də qalacaq.
Gununsesi.info “Milliyet”-ə istinadən xəbər verir ki, Türk ordusunun Suriyada həyata keçirdiyi əməliyyatların əsas iki hədəfi var: “Birincisi, sərhəddə təhlükəsizliyi təmin etmək, ikincisi isə PKK-nın Suriya qolu olan PYD, YPG-nin təmizlənən əraziyə daxil olmaması. Türk ordusu Suriya ilə Türkiyə arasındakı sərhəddə tam nəzarəti bərpa edənədək qalmağımız bizim haqqımızdır”.
Nazir onu da əlavə edib ki, təəssüflər olsun, bu gün Suriyada bir dövlət yoxdur: “Bizim Türkiyə olaraq konkret mövqeyimiz var və Suriyann ərazi bütövlüyünü müdafiə edərik”.
F.İşık deyib ki, Türk ordusunun Suriyaya daxil olmasını ABŞ, Rusiya, İranla müzakirə etmişik.
“Razılaşmaya əsasən Azad Suriya Ordusu əməliyyata başalayacaq və Türk ordusu da, əməliyyata dəstək verəcək. ABŞ, Rusiyadan sonra İran da əməliyyatla bağlı məlumatlandırıldı. Suriya rejimi ilə təmas olmadı”- deyə, F.İşık bildirib.
Həyata keçirlən əməliyyata “Fırat kalkan” adının verilməsinə aydınlıq gətirən F.İşık deyib ki, son dövrlərdə PYD hərkətlərin Türkiyəni açıqca təhdid elemntləri var idi: “Daha öncədən bununla bağlı hazırlıqlar var idi. PYD-nin Türkiyə ilə sərhədlərinə yaxın ərazilərdə yerləşməməsi üçün hazrlıqlarımız var idi”.
Gununsesi.info