Nazir UNESCO missiyasının səfərinə münasibət bildirdi

  • By admin
  • 10 Fevral 2022 10:51

“Reallıq var ki, indiyə qədər UNESCO-nun missiya göndərməməsinin səbəbi erməni tərəfi idi. Amma bu gün biz UNESCO-nun işğaldan azad olunmuş yerlərə missiya göndərməsini gündəmə gətiririk”.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Azərbaycan cəmiyyəti tam əmin olmalıdır ki, bütün beynəlxalq platformalarda lazımı tədbirlər görülür. Amma biz bu gün görürük ki, Ermənistan tərəfi bütün beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozur. Eyni zamanda UNESCO-ya bu müddət ərzində ərazilərə daxil olmaq imkanı verməyib. Bu sənədlərdə əks olunur”, – deyə nazir vurğulayıb.

Gununsesi.info