Nazir: “Vəziyyət ziyanımıza olmamalıdır”

  • By admin
  • 24 Oktyabr 2016 11:54

neft-1

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) ən böyük ikinci istehsalçısı olan İraq neft bazarında sabitliyi yaratmaq üçün həyata keçirilməsi nəzərdə tutulan hasilatın miqdarının məhdudlaşdırılması ilə bağlı razılığa qarşı çıxır.

Gununsesi.info“bloomberght.com”a istinadla xəbər verir ki, İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi ölkəsinin hasilatın məhdudlaşdırılması təşəbbüsünə qoşulmayacağını bəyan edib.

“Çünki İraq İŞİD ilə müharibə şəraitindədir. Biz OPEC-in siyasətinə və OPEC birliyinə daxilik. Lakin bu vəziyyət bizim ziyanımıza olmamalıdır” – deyə,  Cabbar Əli əl-Layibi əlavə edib.

Nazir bildirib ki, İraqın sentyabrda gündəlik neft hasilatı 4,7 milyon barreldən çox olub və bu həcm arta bilər.

Gununsesi.info