Nazir Vilayət Eyvazov Hacıqabulda qəbul keçirəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 4-də Hacıqabul Rayon Polis Şöbəsində vətəndaş qəbulu keçiriləcək.

 

Gununsesi.info xəbər verir ki, qəbulda Hacıqabul, Şirvan, Salyan və Neftçala şəhər və rayonlarının sakinləri iştirak edə bilər.

Qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 03.04.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

 

 

Gununsesi.info