Nazir yeni Baş direktor təyin etdi

  • By admin
  • 18 Noyabr 2016 21:22

ramin_guluzade_181215sqw

 

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə yeni Baş direktor təyin olunub.

Gununsesi.info xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Ramin Quluzadənin müvafiq əmri ilə Rövşən Əliyev Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, R.Əliyev bu ilin fevral ayından İstehsalat Birliyində baş direktorun müavini vəzifəsinə təyin olunmuşdu və baş direktor vəzifəsini müvəqqəti icra edirdi.

 

Gununsesi.info