Nazir yeni rəis müavini təyin etdi

  • By admin
  • 24 Noyabr 2019 14:22
Ağcabədi rayon polis şöbəsində kadr dəyişikliyi olub.
Gununsesi.org-un oxu.az-a istinadən verdiyi məlumata görə, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, Rüfət Məmmədov Ağcabədi rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub. O, bundan əvvəl rayon Polisinin istinadən bölməsinin rəisi işləyib.
Gununsesi.org