Nazir yoluxmanın kəskin artmasının səbəbini AÇIQLADI

  • By admin
  • 10 Fevral 2022 12:47

“Son günlər ölkədə koronavirusa yoluxma kəskin artır. Bunun əsas səbəbi “Omicron” ştamıdır”.

Gununsesi.info xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, yeni ştam daha yoluxdurucudur:

“Hazırda ölkədə koronavirusla bağlı vəziyyət idarəolunan və nəzarət altındadır. Xəstəxanaya çatdırılma və müalicə ilə bağlı heç bir problem yoxdur. “Omicron”la bərabar hələ “Delta” variantı da gündəmdir. Reanimasiyaya düşən pasiyentlərin arasında bunu müşahidə edirik”.

Gununsesi.info