
“Azərbaycan Pakistan İslam Respublikasının ərazi bütövlüyünü dəstəkləyir”.
“Report”un xəbərinə görə, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmandı Azərbaycandakı diplomatik fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edərkən deyib.
Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Pakistanın ölkəmizin ədalətli mövqeyini beynəlxalq təşkilatlarda dəstəklədiyinə görə minnətdarlığını bildirib.