Nazir Zaxarovanın əlini öpdü - Lavrov qısqandı + FOTO

  • By admin
  • 30 Sentyabr 2016 12:54

nazir

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarovanın sosial şəbəkədə paylaşdığı foto müzakirələrə yol açıb.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, fotoda Serbiyanın xarici işlər naziri İvitsa Daşiçin Zaxarovanın əlini öpməsi və rusiyalı nazir Sergey Lavrovun ona mane olması əks olunub. Zaxarova fotonu belə şərh edib: “Günə pozitivlə başlayaq, bizim işimizdə də bu cür anlar ola bilər. Xüsusən də, işə serb qardaşları qarışarsa. Lakin Sergey Lavrov həmişə Rusiyanın maraqlarının keşiyində durur”.

Rusiyalı facebook istifadəçilərinin bəziləri Lavrovun bu duruma əsəbləşdiyini, bəziləri isə sadəcə qısqandığını yazıblar.

Gununsesi.info