Nazir Ziya Məmmədovun kadrına vəzifə verdi

  • By admin
  • 19 Mart 2019 10:23

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSNM) daha bir dəyişiklik baş verib.

Gununsesi.org Mia.az-a istinadən xəbər verir ki, Nərimanov rayon məşğulluq mərkəzinin direktoru Qurban Nəzərov tutduğu vəzifədən kənarlaşdırılıb. Digər əmrlə Q.Nəzərov Bakı Şəhər Məşğulluq İdarəsinin direktor müavini təyin olunub.

Nərimanov rayon məşğulluq mərkəzinin direktoru vəzifəsi isə müvəqqəti olaraq müavini Rövşən Məmmədova həvalə olunub.

Xəbəri Nərimanov rayon Məşğulluq Mərkəzindən təsdiqləyiblər.

Onu da nəzərə çatdıraq ki, Qurban Nəzərov sabiq Nəqliyyət naziri Ziya Məmmədovun kadrı kimi tanınır. O, uzun illər “Azərbaycan Dəmir Yolları” QSC-də yüksək vəzifələrdə çalışıb. Nərimanov rayon məşğulluq mərkəzinin direktoru vəzifəsinə təyin olunanadək “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini olub.