Nazir Ziya Məmmədovun kadrını işdən çıxardı

  • By admin
  • 04 Avqust 2021 14:09

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi müavini İbrahim Əliyevi tutduğu vəzifədən azad edib.

Gununsesi.info Qaynarinfo.az-a istinadən xəbər verir ki, R.Nəbiyevin müvafiq əmri ilə İ.Əliyevin yerində Anar Rzayev təyin olunub.

Qeyd edək ki, İbrahim Əliyev sabiq Nəqliyyat naziri Ziya Məmmədovun 21 avqust 2015-ci il tarixli əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi müavini təyin olunmuşdu.

Gununsesi.info