Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına dair Kollegiya iclası keçirilib.
Gununsesi.info-nun məlumatına görə, iclasda daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov paytaxtda nəqliyyat sıxlığının mövcudluğundan və tıxacların yaranmasından danışıb.
Nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə maneə yaradan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını tələb edib.
Gununsesi.info