Elmin İnkişafı Fondunda elm sahəsinə ayrılacaq iki illik vəsait toplanaraq qalıb.
Gununsesi.info xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, elm və təhsilə ayrılan vəsaitlər müəyyən qədər azalıb və bunu etiraf edir.
“Bunun isə səbəbi var. Elmin inkişafı ilə bağlı Elmin İnkişafı Fondu yaradılıb və elm sahəsinə-bu fonda kifayətə qədər vəsait ayrılır. Ancaq bu Fonda ayrılan vəsait istifadə olunmadan ildən-ilə qalır. Hazırda Fondda qalan maliyyə vəsaiti yetərincə yüksəkdir. Iki il elm sahəsinə vəsait ayrılmasa belə, bu təşkilatdakı maliyyə vəsaiti yetər. Belə olan halda, əlavə vəsaitin ayrılmasına nə ehtiyac var?!”– deyə, nazir bildirib.
Nazir eyni zamanda, büdcədə sanksiyalarla bağlı iradlara mövqeyini açıqlayaraq bildirib ki, bunlar vergi təşkilatları və hüquq-mühafizə orqanları tərəfindən verildiyindən, olduğu kimi də büdcəyə salınır:
“Bunun da səbəbi onunla bağlıdır ki, əgər sanksiyalar məsləsi büdcədə nəzərə alınmasa, o zaman toplanan sanksiyalardan aidiyyatı dövlət qurumları istifadə edə bilməyəcək. Bu baxımdan da, biz onu büdcəyə salırıq”.
Mürtəza
Gununsesi.info