Nazirdən ilginc açıqlama - "KOSMOSA YENİ MÜHARİBƏ MEYDANI KİMİ BAXIRIQ"

  • By admin
  • 11 Noyabr 2017 08:40

“ABŞ kosmosa hərbi əməliyyatların aparılması üçün yeni meydan kimi baxır”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın Hərbi Hava Qüvvələri naziri Hizer Uilson brifinq zamanı bildirib.

Bundan başqa, Uilsonun sözlərinə görə, 2018-ci ildə Pentaqon kosmik araşdırmaların “iqtisadi cəhətdən sərfəli modernləşdirilməsi”nin xərclərini 20% artırmağı planlaşdırır.

O, həmçinin xatırladıb ki, ötən həftə Vaşinqton “Space Enterprise Consortium”un proqramının işə salındığını elan edib. Bu proqrama 100 milyon dolların ayrılacağı bildirilir.

Gununsesi.info