Nazirdən xalq xəbərdarlıq: “Müharibəyə hazır olun”

  • By admin
  • 08 Yanvar 2024 08:51

İsveçin mülki müdafiə naziri Karl Oskar Bohlin İsveçdə müharibə ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Gununsesi.info xəbər verir ki, Bohlin bu barədə Dalarna bölgəsindəki Salen hərbi bazasında keçirilən Milli Xalq və Müdafiə Konfransında etdiyi çıxışında bildirib.

O, Rusiyanın ciddi qəbul edilməsi lazım olduğunu deyib. “İsveçdə də müharibə ola bilər, xalqımızın müharibəyə hazır olması lazımdır”, – deyə nazir bildirib.

İsveçin 210 ildir müharibəyə getmədiyinə diqqət çəkən Bohlin qeyd edib ki, Rusiyanın Ukraynaya hücumu nəticəsində Avropada onsuz da pis olan təhlükəsizlik vəziyyəti keçən il daha da pisləşib:

“Rusiyanın sürətlə silahlanmasına çox ciddi yanaşmaq lazımdır. Təxminən 210 ildir ki, sülh İsveç xalqı üçün xoş bir yoldaş olub. Ancaq bu gün bu vəziyyət dəyişdi və təhlükəsizlik vəziyyəti daha da pisləşdi. Mən məsul bir nazir kimi bu faktı İsveç xalqına izah etməliyəm”.

İsveç hökumətinin ölkənin müharibəyə gedə biləcəyi ilə bağlı zehni şüur ​​yaratmaqla müdafiə qabiliyyətini artırmağa çalışdığını bildirən Bohlin, Ukraynanın Rusiyaya qarşı müqavimətini də nümunə götürdüklərini bildirib.

Gununsesi.info