Nazirdən məktəbli formaları ilə bağlı suala CAVAB

  • By admin
  • 23 Avqust 2022 12:38

“İki seçim var. Birincisi, şagirdlər məktəbə vahid formada gəlməlidirlər. Ya da kim nə istəyir, onu geyinib gəlməlidir. Mən düşünürəm ki, şagirdlər vahid forma geyinməlidirlər”.

Gununsesi.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib. Nazir bildirib ki, Elm və Təhsil Nazirliyi formanın rəngini, meyarlarını müəyyən edir, amma nazirlik forma satan qurum deyil.

“Valideynlər onsuz da geyim almalıdırlar. Bu formanı alsınlar. Formanın qiyməti, baha və ya ucuz olması elm və təhsil mövzusu deyil”, – deyə E.Əmrullayev vurğulayıb.

Gununsesi.info