Naziri güllələyən yazıçının oğlu danışdı

Slovakiyanın Baş naziri Robert Fitsonu güllələyən yazıçı Yuray Çintulanın oğlu hadisədən sonra danışıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Slovakiyanın “Aktuality” nəşri məlumat yayıb.

 

Onun sözlərinə görə atası ona Baş naziri öldürmək planları barədə heç nə deməyib:

 

“Atamın nə planlaşdırdığı, bu hadisənin nə üçün baş verdiyi barədə heç bir fikrim yoxdur”.

 

O, atasının qanuni olaraq odlu silaha sahib olduğunu etiraf edib.

Gununsesi.info