Nazirin işdən çıxararaq yenidən DİN-ə qaytardığı general vəfat etdi

  • By admin
  • 04 May 2017 10:30

ramil

Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin bir neçə ay əvvəl təqaüdə göndərilən rəisi, polis general-mayoru Sərvər Mehrəliyev vəfat edib.

Gununsesi.info xəbər verir ki, BakiPost.az-a daxil olan məlumata görə, general qəfildən dünyasını dəyişib.

Xatırladaq ki, fevral ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi. Sonra isə polis general-mayor Sərvər Mehrəliyevin uzun müddət xidmətdə göstərdiyi peşəkarlıq nəzərə alınaraq nazirin müşaviri təyin olunmuşdu.

Gununsesi.info