Nazirin saysız-hesabsız təamlardan ibarət səhər yeməyi - FOTO

  • By admin
  • 17 İyul 2023 11:56

Azərbaycanın yeni mədəniyyət naziri Adil Kərimli də sosial şəbəkələrin gündəminə gəlib.

Gununsesi.info-nun xəbərinə görə, yeni nazir bir qrup media quruluşunun rəhbəri ilə səhər yeməyində  görüşüb.

Jurnalist Eynulla Fətullayevin görüşdən paylaşdığı fotoda masa diqqəti çəkib.

Belə ki, nazirin qarşısında saysız-hesabsız təamlardan ibarət səhər yeməyi sosial şəbəkələrdə nazirə qarşı tənqidlərə səbəb olub.

Buna cavab olaraq isə Eynulla Fətullayev “Nə var ki masada? Üç blinçik, meyvə və  2 sosiska” deyə replikalara reaksiya verib.

Şəbnəm Rəhimova

Gununsesi.info