Xəbər verdiyimiz kimi, Daxili işlər naziri naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Cəmil Əmirov Yasamal RPİ-nin rəisi vəzifəsindən azad edilərək Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə rəis təyin edilib.
Gununsesi.info bildirir ki, polis polkovniki Cəmil Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovun qardaşıdır.
O, daha əvvəl Şəmkir rayon Polis şöbəsinin rəisi vəzifəsində çalışıb.