
Xəbər verdiyimiz kimi, bugün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev rəhbərlik etdiyi nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüşüb.
Gununsesi.info-nun xəbərinə görə, görüş barədə məlumat verən şura üzvü Fərid Pərdəşünas danışılan mövzuları açıqlayıb:
“Buraya internet sürəti, internet qiymətləri, süni intellekt, mikro mobillik layihələri, qatarların artımı, avtobus zolaqları, tənzimləmə vasitələri, operatorlar, AZAL, gələcək planlar, qanun layihələri, strategiyalar və s və s.
Yaxşı şey odur ki, nazir hər şeyə “hə, edərik”, “nəzərə alarıq” deyib yola vermədi. Nəyi niyə edə bilirlər, nəyi niyə edə bilmirlər – bir-bir izah elədi.
Mənim təqdim etdiyim 3 məsələ:
– Azərbaycan startapları üçün asan əlçatan maliyyələşmə mənbəyi formalaşdırılması;
– Kibertəhlükəsizlik üzrə maarifləndirmə və mübarizənin artırılıması;
– Süni intellekt sahəsində sistemli dövlət yanaşması. Dövlət vəsaitinin pərakəndə yox (hər qurum ayrıca yox) vahid mərkəzdən idarə edilməsi;