Nazirlər görüş barədə prezidentlərə məruzə edəcəklər - XİN

  • By admin
  • 12 İyul 2017 12:37

xin

“Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşünün keçirilməsi təklif edilib və Azərbaycan tərəfi bu təklifə razılığını bildirib”.

Gununsesi.info-nun məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 11 iyul 2017-ci il tarixində Brüsseldə keçirilmiş görüşü ilə əlaqədar deyib.

O bildirib ki, həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barəsində təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək: “Prezidentlərin görüşündən sonra 2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılıb. Görüş əsnasında xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirib ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsədrlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır”.

H. Hacıyevin sözlərinə görə, Məmmədyarov-Nalbandyan görüşündə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayıb.

Gununsesi.info