Nazirlər Kabineti köhnə avtomobillərin idxalı ilə bağlı qərarına aydınlıq gətirdi - ÖZƏL

  • By admin
  • 30 Mart 2023 13:58

Nazirlər Kabineti Gununsesi.info-nun  “Baş nazir xaricdən avtomobil gətirənləri çətin duruma salıb – 3 AYA ÖLKƏYƏ ÇATAN MAŞINLARIN TALEYİ NECƏ OLACAQ?” başlıqlı materialına reaksiya verib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi qadağan edilir. Həmin qərarın  30 gün sonra qüvvəyə minməsi barədə məlumatdan sonra xaricdən avtomobil sifariş edən vətəndaşların sualları yaranıb.

Belə ki, ABŞ-dan və digər uzaq ölkələrdən sifariş olunan maşınların ölkəyə çatdırılması   3 ay zaman çəkdiyindən hazırda sifariş verənlərin haqlı nigarançılığı yaranıb. Vətəndaşlar narahatdır ki, 30 gündən sonra ölkəyə çatan maşınlar geri qaytarıla bilər.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Gununsesi.info-ya bu barədə qurumun mövqeyini çatdırıb:

“Mart ayının 29-na qədər ödənişi edilmiş avtomillər ölkəyə buraxılacaq və dövlət qeydiyyatına alınacaq”. 

 

Gununsesi.info