
Türkiyə Nazirlər Kabinetinin tərkibində dəyişikliklər istisna olunmur.
Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə baş nazirinin müavini Rəcəb Akdağ deyib.
O qeyd edib ki, hökumətin tərkibində dəyişikliklərin baş verməsi hökumətin işinə təsir etməyəcək.
R.Akdağ həmçinin vurğulayıb ki, Türkiyədə növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilmir.
Qeyd edək ki, bu gün Türkiyə KİV-lərində hökumətdə dəyişikliklərin baş verə biləcəyi barədə xəbər yayılıb.
Məlumata görə, Nazirlər Kabinetinə 18 yeni nazir daxil edilə bilər.
Gununsesi.info