Nazirlər məsləhətləşmələr planı imzaladı - FOTO

  • By Admin2
  • 06 Mart 2026 12:26

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Moldova Respublikası Xarici İşlər Nazirliyi arasında 2026-2027-ci illər üçün məsləhətləşmələr planı imzalanıb.

Gununsesi.info xəbər verir ki, tərəflər bununla siyasi dialoqun möhkəmləndirilməsinə, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə və Azərbaycan ilə Moldova arasında tərəfdaşlığın təşviqinə sadiqliyini təsdiqləyib.

Sənəd Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini tərəfindən imzalanıb.