Nazirlər növbəti dəfə Moskvada toplaşacaq

  • By Mina
  • 12 Aprel 2024 15:19

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Rusiyanın paytaxtı Moskvada keçiriləcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev Minskdə Xarici İşlər Nazirləri Şurasının iclasında bildirib.

 

“Məhdud tərkibdə Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2024-cü il oktyabrın 7-də Moskvada keçirilməsi qərara alınıb”, – o qeyd edib.

Gununsesi.info