Nazirlər səsvermədə - FOTOLAR

  • By admin
  • 11 Aprel 2018 12:00
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov səs verib.
Gununsesi.info-nun məlumatına görə, Elman Rüstəmov 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin Bakı Slavyan Universiteti nəzdində 4 nömrəli məktəb-lisey kompleksi seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.
Maliyyə naziri Samir Şərifov da Azərbaycanda keçirilən prezident seçkilərində səs verib.
O, 36 saylı Xətai 4-cü seçki dairəsinin 6 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Prezident seçkiləri ilə əlaqədar səsvermədə iştirak edib.
O, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 7 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Gununsesi.info