“Nazirlər prezidentlərin görüşünün təşkilini müzakirə edəcəklər” - ŞAVARŞ KÖÇƏRYAN

  • By admin
  • 18 Avqust 2017 12:10

fa1e9303107b

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sentyabrda keçiriləcək görüşündə prezidentlərin növbəti görüşünün təşkilinin müzakirəsi mümkündür.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan jurnalistlərə açıqlamasında deyib.

Erməni mediasının verdiyi xəbərə görə, hər iki ölkənin prezidentlərinin görüşünün təşkil edilməsi və bu istiqamətdə razılığın əldə olunması üçün ilk növbədə xarici işlər nazirləri işləməlidir və onlar bu məsələni həll etməlidir.

O əlavə edib ki, XİN başçılarının görüşü sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində reallaşacaq: “Bu görüşdə  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin perspektivləri ilə yanaşı, prezidentlərin növbəti görüşü də müzakirə oluna bilər”.

Gununsesi.info