Sabiq müdafiə naziri Səfər Əbiyevin köməkçisi olmuş, son günlərə qədər nazirliyin Hərbi Təhsil İdarəsinin rəis müavini vəzifəsində işləyən Vaqif Hüseynovla bağlı məsələyə münasibət öyrənmək üçün Müdafiə Nazirliyinə gün ərzində etdiyimiz zəngləri nazirlik cavabsız buraxıb.
Gununsesi.info-nun əməkdaşına hərdəfə sualınıza gün ərzində cavablandıracağı bildirilsədə aidiyyati şəxslərin yerində olmadığı deyilib.
Xatırladaq ki, Sabiq müdafiə naziri Səfər Əbiyevin köməkçisi olmuş, son günlərə qədər nazirliyin Hərbi Təhsil İdarəsinin rəis müavini vəzifəsində işləyən Vaqif Hüseynov Müddətdən Artıq Xidmət Etmə və gizirlərin işə qəbulu ilə bağlı imtahanda rüşvət hallarına yol verib və bu barədə nazirliyin rəhbər şəxslərinə konkret fakt təqdim edilib. Bundan sonra Vaqif Hüseynov işdən azad edilib.
Gununsesi.info